Türkmənistan İslamiadaya 130 nəfərlik heyətlə gəlib

11 May 2017 19:56 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman komitəsindən “Turkmenportal”a bildiriblər.

Türkmənistan idmançıları 12 növdə - voleybol (kişilər), boks, tennis, ağırlıqqaldırma, cüdo, güləş (sərbəst və yunan-Roma), üzgüçülük, 3x3 basketbol, atletika, taekvondo, uşu və karate üzrə yarışlarda mübarizə aparacaqlar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Lakin mayın 8-dən etibarən futbol və həndbol yarışlarına start verilib.