Tovuzda kəndlinin təsərrüfatında nadir hadisə - Video

11 May 2017 21:54 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, qoyunun 5 balası olub. Nadir hadisə kənd sakinlərinin də böyük marağına səbəb olub. Quzuların 5-nin də sağlamlığı qaydasındadır və normal qidalanırlar.

Qoyunun 5 balası olub. Maraqlı hadisə Tovuzun Əlimərdanlı kəndində Qəmbər Hüseynovun təsərrüfatında olub. Səhər saatlarında tövlənin qapısını açan kənd sakini gördüklərinə inanmayıb.

Qoyunun 5 quzu doğmasını sahibi nadir hadisə kimi qiymətləndirir. Qəmbər Hüseynov deyir ki, əvvəllər təsərrüfatında belə hal olmayıb.

Nadir hadisə kənd sakinlərinin də böyük marağına səbəb olub. Quzuların 5-nin də sağlamlığı qaydasındadır və normal qidalanırlar.