IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları buraxılıb

12 May 2017 10:34 (UTC+04:00)

Bu barədə AzNews.az-a nazirlikdən məlumat verilib.

4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

“Belarusskiy dom peçati”də nəşr olunan markaların tirajı 10000, ölçüləri isə 40 x 28 mm təşkil edir.

Poçt markalarının nominal dəyəri 0,5 AZN-dir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı - 2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

AzNews.az