“Eurovision” mahnı müsabiqəsində gözlənilməz evlilik təklifi - VİDEO

12 May 2017 10:53 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqənin ikinci yarımfinalında yaşanan romantik hadisə makedoniyalı müğənni Yana Burçeska üçün gözlənilməz olub.

Şounun aparıcısı müğənniyə yaxınlaşaraq ondan müsahibə götürüb. Müğənni aparıcıya tezliklə ana olacağını bildirib. Elə bu zaman onun sevgilisi Aleksandr Yana Burçeskaya evlilik təklif edib.

Aleksandr bildirib ki, o, bu təklifi etmək üçün uyğun zamanı gözləyirmiş. Yana Burçeska sevgilisinin evlilik təklifini qəbul edib.

Romantik səhnənin BBC telekanalında yayımlanmaması izləyicilərin qəzəbinə səbəb olub. Müğənninin fanatları sosial şəbəkələr vasitəsi ilə BBC-yə etirazlarını və şikayətlərini bildiriblər.

Bəxtiyar Abbasov

AzNews.az