“Fərhad Əliyevin işinə Avropa Məhkəməsi baxacaq” - AÇIQLAMA

7 Fevral 2013 16:05 (UTC+04:00)
"Fərhad Əliyevin işi Avropa Məhkəməsindədir. Amma hələ ki, məhkəmədən heç bir məlumat yoxdur". Bu barədə Modern.az-a eks-iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkili Elton Quliyev deyib.

Uzun müddətdir ki eks-naziri görüşmədiyini deyən E. Quliyev F. Əliyevin sonuncu əfv fərmanında adının olmamasını şərh etməyib. Onun sözlərinə görə, əfv qabağı həmişə nə isə deyilir. "Zərurət yaranarsa Fərhad Əliyevlə görüşəcəyəm".

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az