Sosial şəbəkələrdə "like" va "comment" necə toplanır?- Saxtakarlıq-Video

12 May 2017 12:19 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, klik-ferma kimi tanınan müəssisənin əsas fəaliyyəti sosial şəbəkələrdə hər hansı bir məqalə, video və ya fotoşəkli önə çəkmək üçün saxta layklar, şərhlər və digər bu kimi xidmətlərdən ibarətdir. Ferma belə bir xidmət göstərmək üçün çoxlu sayda smartfondan istifadə edir. Smartfonlar nizamlı şəkildə müəyyən lövhə üzərində düzülüb və avtomatik şəkildə idarə olunur. Qeyd edək ki, sosial şəbəkələrdə daha çox oxunan məqalələr, baxılan video və ya fotoşəkillər reklamdan gəlir əldə edir.

Bəxtiyar Abbasov

AzNews.az