Çinin bişmiş toyuqları Amerika bazarında - Razılaşma imzalandı

12 May 2017 13:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşmaya əsasən, Çin Amerikadan mal əti idxalına qarşı tədbiq etdiyi qadağanı aradan qaldırıb. Amerika razılaşma əsasında Çinə, eyni zamanda, maye qaz ixrac edəcək.

Bunun əvəzində Çin də öz bişmiş toyuqlarını Amerika bazarına çıxarmaq imkanı əldə edib. Bu isə Çin banklarının Amerika bazarına daxil olması imkanı deməkdir.

Ekspertlər hesab edir ki, ticarət sazişi ABŞ prezidenti Donald Trampın rəsmi Pekinə qarşı daha yumşaq ticarət siyasəti yürüdəcəyini göstərir.

Donald Trampın hazırkı siyasəti onun seçki kampaniyası zamanı verdiyi vədlərə uyğun deyil. Tramp seçki kampaniyasında Çinə “valyuta manipulyator”u damğası vurmaqla onu təhdid etmiş və onun məhsullarına ticarət tarifləri tədbiq edəcəyini demişdi.

Tramp, hətta, Çinlə ticarət danışıqlarından Şimali Koreyanın nüvə ambisiyasına qarşı təzyiq vasitəsi kimi də istifadə etməyə çalışırdı.

Çinin maliyyə nazirliyi bəyan edib ki, iqtisadi məsələlər heç bir zaman siyasiləşdirilməməlidir.

Bəxtiyar Abbasov

AzNews.az