Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov qələbə ilə başlayıb- İslamiada

12 May 2017 14:56 (UTC+04:00)

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəkidə yer alan ikiqat dünya çempionunun təsnifat mərhələsindəki rəqibi qazaxıstanlı Nurlan Saparbay olub. Görüş Məcidovun üstünlüyü şəraitində keçib. O, ikinci raundda rəqibini noqdauna salmağı bacarıb. Üçüncü raund da yekunlaşdıqdan sonra 31 yaşlı idmançı qalib elan olunub.

Qeyd edək ki, 1/4 finala vəsiqə qazanan Məhəmmədrəsul Məcidovun rəqibi misirli Uosri Hafez olacaq. Döyüş mayın 15-də keçiriləcək.

AzNews.az