Gerçək “Dəmir Adam” peyda oldu - Video

12 May 2017 15:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Brauninq Almaniyanın paytaxtı Berlində keçirilən “Tech Cube” texnologiya yarmarkasında öz ixtirasını nümayiş etdirib.

O, xüsusi hazırlanmış kostyum vasitəsi ilə şaquli şəkildə havaya qalxa bilir. Kostyumun arxasına və qollarına reaktiv mühərriklər qoşulub. İxtiraçı kostyuma “Dedal” adını verib.

“Dedal” yunan mifologiyasında özü və oğlu İkara uça bilməsi üçün qanad düzəldən xarakterdir.

Mediyada Riçard Brauninq “Marvel” film studiyasının istehsalı olan “İron Man” (“Dəmir Adam”) filminin baş qəhramanına bənzədilir. Ona gerçək “Dəmir Adam” adını veriblər.

Bəxtiyar Abbasov

AzNews.az