Partiya sədri İctimai Palatanı tərk edib

7 Fevral 2013 16:31 (UTC+04:00)

B.Quliyev APA-ya bildirib ki, partiyanın nümayəndəsi kimi onun İctimai Palatada iştirak edib-etməməsi məsələsi bir neçə müddətdir qurum daxilində müzakirə edilir. Onun sözlərinə görə, partiya onun adıçəkilən təşkilatda bundan sonrakı dövrdə iştirakını məqsədəuyğun hesab etməyib: "İctimai Palata parlament seçkilərindən sonra bu quruma alternativ olaraq yaradılmışdı. Artıq ölkədə prezident seçkisinə hazırlıq mühiti mövcuddur. Belə olan təqdirdə mənim İctimai Palatada qalmağımın heç bir əhəmiyyəti qalmayıb".

B.Quliyev qeyd edib ki, partiya bundan sonra ölkədə keçiriləcək bütün seçkilərdə hər hansı blok və təşkilatlara qoşulmadan iştirak edəcək.

AzNews.az