Tramp FTB-nin işdən qovulan direktoruna xəbərdarlıq etdi

12 May 2017 17:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp tvitter səhifəsində Komini belə bir addım atmaqdan çəkindirməyə çalışıb.

“Ceyms Kominin aramızda olan söhbətin “səsyazısı”nın olmadığına ümid etməsi daha yaxşı olardı” – deyə Tramp qeyd edib.

İddialara görə, Trampın Komini işdən qovmasına səbəb Kominin Trampın Rusiya ilə əlaqələrinə dair istintaq aparmaq istəyi olub. Tramp isə iddia edir ki, Kominin işdən qovulmasına səbəb onun sabiq dövlət katibi Hillari Klintonun elektron poçtları ilə əlaqədar aparılan istintaqla bağlı qeyri-dəqiq məlumat verməsini olub.

Bəxtiyar Abbasov

AzNews.az