Ölən qızlarının meyitini 11 gün evdə saxladılar və...

12 May 2017 17:59 (UTC+04:00)

AzNews.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, İngiltərədə yaşayan James və İlse Fieldsend qızları 7 yaşındakı Georgia ilə Misirə tətilə çıxıblar. Tətildə hər şey yolunda gedərkən Georgia qəflətən xəstələnir və onu dərhal xəstəxanaya aparırlar. Reanimasiyaya yerləşdirilən qızda beyin anevrizması aşkarlanır. Londonun bütün məşhur klinikalarına aparsalar da uşaq sağalmır.

Fieldsend cütlüyü kiçik qızlarının orqanlarını 6 nəfərə bağışlayıblar. Daha sonra qızlarının nəşini evə gətirən cütlük onu meyitinə gözəl paltarlarını və ayaqqabılarını geyindirib otağında yatırdırlar. Qızları ölməmiş kimi hərəkət edən cütlük hər gün onun otağına girərək nağıllar oxuyublar.