Xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxıldı

12 May 2017 18:09 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Rafael Dadaşov özü bildirib ki, səhhətindəki problemlər tam aradan qaldırılmasa da, özünü nisbətən yaxşı hiss edir:

“İlk günlərlə müqayisədə əlbəttə, yaxşıyam. Təzyiq problemi qaydasına düşüb, məni kəskin şəkildə narahat etmir. Həkimlərin məsləhəti ilə evə buraxıldım, amma bu, o demək deyil ki, müalicələr davam etməyəcək. Ola bilər, növbəti günlərdə yenidən həkimə müraciət edim. Çünki tam sağalmışam deyə bilmərəm. Tamaşaçılar, mənim sənətimi qiymətləndirən insanlar narahat olmasınlar, səhhətimdə ciddi mənada problem yoxdur. Mənimlə maraqlanan, mənə görə qayğılanan insanlara minnətdaram, inanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yeriləşdirilmişdi.