Ələtdə döyüş sursatı tapıldı

12 May 2017 19:06 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunmuşdur.

Mütəxəsislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:30-da başa çatıb.