Qadın həndbolçularımız final mərhələsinin bir addımlığında- Bakı:2017

13 May 2017 10:20 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, finala gedən mərhələdə əvvəlcə meydana Azərbaycanın və Özbəkistanın qadın həndbolçuları çıxıblar. Qadınlar arasında digər görüş Türkiyə və Kamerun yığmaları arasında keçiriləcək.

Kişi həndbolçuların yarışında isə Səudiyyə Ərəbistanı-İraq, Əlcəzair-Türkiyə matçları oynanılacaq.

Həndbol üzrə final yarışları mayın 14-də baş tutacaq.