İslamiada : Daha bir cüdoçumuz yarımfinalda

13 May 2017 11:55 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, kişilər arasında yarışda mübarizəyə dörddəbir finaldan qoşulan Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) Tacikistan idmançısı Behruzi Xojazoda ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən cüdoçumuz ipponla qalib gələrək Oyunların yarımfinalına adlayıb.