Üzgüçülük yarışları start götürdü: “Bakı-2107”

13 May 2017 12:14 (UTC+04:00)

AzNews.az "AZƏRTAC"a istinadən xəbər verir ki, səhər sessiyası kişilər arasında 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarından başlanıb. Burada türkiyəli üzgüçü Hüseyn Əmrə Sakçı ən yaxşı nəticə göstərib. O, finişə çatmaq üçün cəmi 28,09 saniyə vaxt sərf edib. Ölkəmizi təmsil edən Vəli İsrafilov (18.10.2002) 32,48 saniyə nəticə ilə 19-cu yeri tutub.

Sonra kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışları başlanıb. Burada iordaniyalı Kader Getric Baqla (15.09.1998) 4:00.13 saniyə nəticə göstərərək birinci yeri tutub.

Beləliklə “Bakı-2017” üzgüçülük yarışlarının birinci günün səhər sessiyası başa çatıb.

Bəxtiyar Abbasov

AzNews.az