Deputat ÜAK-ın bağlanmasından danışdı: “Arxasında erməni lobbisi dayanır”

13 May 2017 13:00 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi ilə bağlı məsələyə münasibətində deyib. Deputat hesab edir ki, belə bir qərar arzuolunan deyil:

Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının qanunları ilə fəaliyyət göstərir, bu öklənin daxili işlərinə qətiyyən müdaxilə etmir. Azərbaycan Rusiya Dostluq münasibətlərinin inkişafına öz töhfəsini verir.

Musa Qasımlının fikrincə, belə bir qərarın arxasında Rusiyadakı müəyyən dairələrin, erməni lobbisi və diasporası dayanır:

Hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi Rusiyanın da maraqlarına uyğun olmaz. Bizim ölkəmizdə rus icmasının müxtəlif millətləri var və onlar Azərbaycan dövlətinin qanunları ilə fəaliyyət göstərirlər. Dövlətimiz həmin təşkilat və cəmiyyətlərin normal fəaliyyəti üçün bütün şəraiti yaradıb. Mən bu məsələdə realizmin qalib gələcəyinə inanıram.

Bahar RÜSTƏMLİ

AzNews.az