"Finalda tamaşaçıları maraqlı döyüş gözləyir"- Rəfael Ağayev

13 May 2017 13:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu trend-ə finala yüksələn karateçimiz Rafael Ağayev deyib. 5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:

"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".

R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:

"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım".