Metroda oğurluq edən tutuldu

13 May 2017 14:53 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, cari il aprel ayının 7-də metronun "20 Yanvar" stansiyasında Bakı şəhər sakini Rəvanə Yusifovanın içərisində eynək, kosmetik əşyalar və mobil telefon olan çantası oğurlanıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunan Cəlal Məmmədov tutulub.