“İslam Həmrəyliyi Oyunlarındakı çıxışımdan razıyam” - İranlı gimnast

13 May 2017 15:13 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu jurnalistlərə iranlı gimnast Səidrza Keyha deyib.

O deyib: “Məndə sərbəst və halqalarla hərəkətlər yaxşı alındı, amma təəssüf ki, paralel qollarda hərəkətlərdə yıxıldım. Amma ümumilikdə, çıxışımdan razıyam”.

Gimnast bildirib ki, sabahkı çıxışlar zamanı at üzərində hərəkətlərdə yeni element göstərməyi planlaşdırır.

Onun sözlərinə görə, o Bakıya üçüncü dəfə gəlir. Bundan əvvəl o, 2016 və 2017-ci illərdə Dünya Kuboklarında olub, 2016-cı ildə bürünc mükafatçı olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az