Daha bir erməni namizəd aclıq elan etdi

7 Fevral 2013 21:26 (UTC+04:00)


APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bundan öncə o bildirmişdi ki, aclıq aksiyası 24 saat davam edəcək və bundan sonra o namizədliyini geri götürəcək.

Prezidentliyə namizəd heç bir tələb irəli sürməyib, yalnız qeyd edib ki, o qalan namizədlərdən eyni addım atmasını gözləyir. Aclıq aksiyasından öncə o prezidentliyə namizəd Andreas Qukasyana baş çəkib. Qeyd edək Andreas Qukasyan artıq 18 gündür ki Ermənistan milli akademiyasının binasının qarşısında aclıq aksiyası keçirir.

"Əgər hər-hansı namizədin adı seçici bülletenində qalacaqsa, bu o deməkdir ki, həmin şəxsin siyasi bioqrafiyası sona çatıb", deyə Aram Arutyunyan bildirib və qeyd edib ki, o artıq namizədliyinin geri götürülməsi haqqında ərizəsini Mərkəzi seçki komissiyasına təqdim edib.

Bundan başqa, Aram Arutyunyan həyatına sui-qəsd törədilmiş prezidentliyə namizəd Paruyr Ayrikyana tez sağalmasını arzu edib və onun eyni addım atmasını arzu edib.

AzNews.az