Daha bir gümüş medal - Bakı-2017

13 May 2017 20:14 (UTC+04:00)

Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Əlcəzair təmsilçisi Ratibə Tariketlə qarşılaşıb.

Gərgin keçən döyüşdə cüdoçumuz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az