AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.
Paralimpiyaçı idmançımız Afaq Sultanova Azərbaycanı dəfələrlə Yay Paralimpiya Oyunlarında təmsil edib. O, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarının, 2010-cu və 2011-ci illərdə dünya çempionatlarının qızıl medalçısıdır.
AzNews.az