Vergi limanları problemə çevirilib - ABŞ-da

13 May 2017 23:47 (UTC+04:00)

AzNews.az “vergiler.az” saytına istinadla bildirir ki, ekspertlərin hesablamalarına görə, offşorlarda saxlanılan və vergidən yayındırılan pulların məbləği milyardlarla dollar təşkil edir. Buna görə də ABŞ şirkətlərinin pullarının ölkəyə gətirilməsi üçün mövcud vergi sistemi yenidən nəzərdən keçirilməli, elə bir qanunvericilik bazası yaradılmalıdır ki, həmin sistem şirkətləri gizlətdikləri vergini dövlət büdcəsinə ödəməyə vadar etsin.

Qeyd olunub ki, bəzi şirkətlər ABŞ-dan kənarda mənzil qərargahlarını yaradır və ya öz patentlərini, yaxud müəlliflik hüquqlarını vergi dərəcələrinin aşağı olduğu ölkələrə köçürürlər. Bu isə dövləti yalnız gəlirlərdən məhrum etmir, həm də öz gəlirlərini vergi limanlarına keçirməyən vicdanlı ABŞ şirkətlərinin vergi yükünün artmasına səbəb olur.