Diana Hacıyeva "Eurovision-2017"nin finalında çıxış etdi - Video

14 May 2017 00:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci sırada çıxış edib.

Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb. Lakin, final mərhələsində 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Ötənilki müsabiqənin qalibi isə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

AzNews.az