Falçı diri-diri yandırıldı

7 Fevral 2013 23:15 (UTC+04:00)


Sərxoş qrup tərəfindən küçədə yüzlərlə insanın gözü qarşısında yandırılan qadın əvvəlcə ağır işgəncələrə məruz qalıb. Kepari Leniata adlı qadın soyundurularaq isti dəmirlərlə döyülüb, daha sonra üstünə benzin tökülərək maşın təkərləri ilə bərabər yandırılıb.

Polisin hadisədən xəbərdar olduğu, ancaq müdaxilə etmədiyi bildirilir. Polis rəisi Kaigio Ambane hadisəni qınayıb və araşdırma aparıldığını bildirib. Bununla belə rəsmi dairələr falçılıq və cadugərliklə məşğul olan qadınlara qarşı belə hərəkətlərə ölkədə zaman-zaman rast gəlindiyini açıqlayıblar.

Elnarə
AzNews.az