Makron rəsmən Fransa prezidenti elan edildi

14 May 2017 14:16 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransua Ollandın hakimiyyəti Makrona ötürməsi mərasimi bu gün səhər Yelisey sarayında keçirildi.

Gözləniləndən iki dəfə uzun keçən görüşdən sonra, Olland iqamətgahı tərk etdi. Ölkənin Konstitusiya şurasının başçısı Loran Fabiusun mayın 7-də keçirilən səsvermənin son nəticələrini elan etdikdən sonra, Makron rəsmi şəkildə Fransa prezidenti elan edildi.