Lukaşenko foruma 12 yaşlı oğluyla gəldi - “O, böyüyüb”

14 May 2017 16:45 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinə səfər edən lider 12 yaşlı oğlu Nikolayı da özüylə aparıb.

Boz kostyum və göy köynək geyinən Nikolay Çin sədri Si Szinpinlə görüşüb və onun həyat yoldaşı Pen Liyuana yaşıl rəngli hədiyyə qutusu verib. Görüş zamanı Si Szinpin oğlanın böyüdüyünə işarə edib.

Qeyd edək ki, bu Nikolayın atası ilə ilk səfəri deyil. Sonuncu dəfə Aleksandr Lukaşenko ilə Misirə səfər edib, piramidaları gəzib.