Fələstin yığması İslamiadaya gecikdi, oyunun tarixi dəyişdi

14 May 2017 16:34 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, buna səbəb Fələstin yığmasının ölkəmizə gecikmə ilə gəlməsi olub.

İlk oyununa gecikən fələstinlilərin baş tutmayan ilk matçının yeni vaxtı təyin edilib. Türkmənistan – Fələstin qarşılaşması mayın 15-də saat 12:30-da başlayacaq. Mayın 17-də keçirilməli olan Fələstin – Pakistan görüşünün isə başlama vaxtı dəyişib. Oyun saat 10:00-da deyil, 14:30-da başlayacaq.

Oyunlarla bağlı qərar verən təşkilatçılar bilet alan azarkeşləri də nəzərə alıb. Fələstin – Pakistan qarşılaşmasının saatı dəyişsə də, satılan biletlər qüvvədə qalacaq. Baş tutmayan Türkmənistan – Fələstin matçına alınan biletlər isə dəyişdirilməlidir. Tamaşaçılar ayın 13-də baş tutmalı olan matçın biletini kassalarda dəyişdirə bilər. Həmçinin biletləri geri qaytarmaq istəyində olanların arzusu da nəzərə alınacaq.

Qeyd edək ki, A qrupunda mübarizə aparacaq Fələstin yığmasının Azərbaycanla mayın 16-da, Türkiyə ilə isə 19-da baş tutmalı olan qarşılaşmalarının vaxtı dəyişməz qalıb.