İşə düzəlmək istədi, 8 min ziyana düşdü

14 May 2017 19:11 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Namiq Tofiq oğlu polisə müraciət edərək bildirib ki, Beyləqan rayon sakini ona qarşı dələduzluq edib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Quliyev Nofəl Əyyam oğlu ilə tanış olub. Həmin şəxs Namiqə iş tapmasında kömək edə biləcəyini deyib. Bu məqsədlə o, Məhəmməd Hadi küçəsi 23/24 ünvanının qarşısında N.Quliyevdən 8 min manat alıb. Lakin vədinə əməl etməyib.

Şikayətçi ona dəymiş ziyanın ödənilməsini tələb edib. Faktla bağlı araşdırma aparılır.