Həndbol millimiz qalib oldu - İslamiadada növbəti qızıl

14 May 2017 20:14 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, qadın həndbolçuların final görüşündə Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

Bundan əvvəl qrupda türkiyəli rəqiblərini məğlub edən həndbolçularımız bu dəfə də üstün oyun nümayiş etdiriblər - 28:26.

Beləliklə, Azərbaycan yığması qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.