Ermənistanda seçkilərdə qəribə fakt - atasının adı Azərbaycandır

14 May 2017 22:00 (UTC+04:00)

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, Ermənistanın paytaxtında yerləşən 1011 saylı seçki məntəqəsində seçicilərdən birinin atasının adının Azərbaycan olduğu məlum olub.

Məlumata görə, həmin seçici 1958-ci il təvəllüdlü Qasparyan Anahid Azərbaycan qızıdır.

Qasparyan Anahidin atasının milliyəti açıqlanmayıb.