Çilidə güclü zəlzələ – 6 bal

15 May 2017 09:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çili Milli Seysmoloji İnstitutundan verilən məlumata görə, təbii fəlakətin episentri Tarapaka rayonunda 113 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar 12 yaşayış məskənində hiss olunub. Lakin, təbii fəlakət bölgəsində dağıntılar və insan itkisi olub-olmadığına dair hələlik heç bir məlumat verilmir. Episentr paytaxt Santyaqodan 1.8 kilometr şimaldadır.

Bəxtiyar Abbasov

AzNews.az