Azərbaycan atıcısı finalda

15 May 2017 11:13 (UTC+04:00)

Trend-in məlumatına görə, Azərbaycan atıcısı Rəsul Məmmədov 538 xalla finala yüksəlib.

Digər təmsilçimiz Rəhim Rəhimov təsnifatda mübarizəni dayandırıb, Ruslan Lunyov isə yarışa qatılmayıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az