16 yaşlı qız özünü güllələdi

15 May 2017 11:55 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "İJ" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.