Azərbaycanın güllə atıcısı 3-cü dəfə qızıl medal qazanıb

15 May 2017 15:21 (UTC+04:00)

"Report"un məlumatına görə, Lunyov 25 metr məsafəyə standart tapançadan atəş açma yarışında 573 xalla 1-ci yeri tutub.

Qətərli Ahmet Zayed əl-Şamari 569 xalla gümüş, türkiyəli Özgür Varlık 562 xalla bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 3-cü, Azərbaycanın 27-ci qızıl medalıdır.

AzNews.az