İranda prezidentliyə namizədlərdən biri mübarizədən çəkildi - Səbəb

15 May 2017 17:51 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Qalibaf namizədliyini ayətullah İbrahim Rəisinin xeyrinə geri götürüb. Qalibaf İslam İnqılabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyasının iclasından sonra belə bir qərara gəlib. Partiya təkcə bir nəfəri prezidentliyə namizəd kimi təqdim edə bilər.

Beləliklə, prezidentliyə namizədlərin sayı 5 nəfərə enib.

Prezident seçkiləri 19 may tarixində keçiriləcək. Prosesdə 50 faizdən çox səs toplayan namizəd qalib gələcək. Əks halda, seçkilərin ikinci mərhələsi nəzərdə tutulur.

Bəxtiyar Abbasov

AzNews.az