Azərbaycanda məktəbli intihar edib

8 Fevral 2013 08:59 (UTC+04:00)


Hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Aqşin Gülmirzə oğlu Məmmədov yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. A. Məmmədovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum olmasa da, onun orta məktəb şagirdi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az