Qubada ayı balası müxbirə hücum etdi - Video

15 May 2017 21:47 (UTC+04:00)

AzNews.az İstipress-ə istinadən xəbər verir ki, Qubada polislər tərəfindən tapılan ayı balası təxminən 3 aylıqdır və erkəkdir.

Bu barədə ayı balasının yerləşdirildiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının Vəhşi təbiətin bərpası və realibitasiyası klinikasının rəhbəri Göycə Musayev məlumat verib. Onun sözlərinə görə, indi mərkəzdə 2 dişi, 2 erkək ayı və 2 ayı balası var. Bu ayı balası da mərkəzdə baytar tərəfindən müayinə olunub. Müəyyən reabilitasiya kursu keçdikdən sonra bu ayı balası da vəhşi təbiətə buraxılacaq.