Meksikada tanınmış jurnalist öldürüldü

16 May 2017 10:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kulyakan şəhərində baş verib. Valdez avtomobili ilə hərəkət edən zaman naməlum silahlılar ona atəşə açıblar.

50 yaşlı jurnalist narkotik qaçaqmalçıları ilə əlaqədar araşdırmasına görə 2011-ci ildə Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülmüşdü. O, Meksikada bu il öldürülən 5-ci jurnalistdir.

Valdez sonuncu kitablarından birində qeyd etmişdi ki, jurnalist olmaq “qara siyahı”da olmaq kimidir.

“Hətta, sənin gülləkeçirməz jiletin və cangüdənlərin olsa belə, səni nə vaxt öldürmək lazım olduğuna cinayətkar dəstə özü qərar verəcək”

Valdez ömrünün 30 ilini narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə sərf edib.

Bəxtiyar Abbasov

AzNews.az