Tikinti ilə bağlı siyahı müəyyənləşib

16 May 2017 10:15 (UTC+04:00)

APA-nın məlumatına görə, bura ərazi planlaşdırılması üzrə ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması, müfəssəl planların hazırlanması, tikinti obyektlərinin memarlıq layihələndirilməsi üzrə bina və qurğuların memarlıq layihələndirilməsi, memarlıq abidələrinin bərpası, inşaat konstruksiyalarının layihələndirilməsi üzrə nəqliyyat qurğularının layihələndirilməsi, dəmir yollarının layihələndirilməsi, tunel, körpü və yolötürücülərinin layihələndirilməsi, avtomobil yollarının layihələndirilməsi, aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi, metropolitenlərin layihələndirilməsi, magistral boru kəmərlərinin layihələndirilməsi, hidrotexniki qurğuların layihələndirilməsi, meliorasiya qurğularının layihələndirilməsi, mühəndis sistemlərinin layihələndirilməsi üzrə yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi, elektrik təchizatı sistemlərinin layihələndirilməsi, su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi, istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi, rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi, nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi, layihələrin xüsusi bölmələrinin işlənilməsi üzrə tikintinin təşkilinin layihələndirilməsi, smetaların tərtib edilməsi bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi üzrə bina və qurğuların müayinəsi, mühəndis sistemlərinin müayinəsi daxildir.


Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə) də layihələndirməsi lazım olan işlərin siyahısında yer alıb.

AzNews.az