Milli Məclisin iclası başladı - Gündəlikdə duran məsələlər + Yenilənib

16 May 2017 12:13 (UTC+04:00)

APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə cari məsələlərə yer verib.

İclasın gündəliyinə 10 məsələ daxildir.

***

10:27

Milli Məclis bu gün - mayın 16-da növbəti plenar iclasa toplaşacaq.

Modern.az xəbər verir ki. iclasın gündəliyinə 10 məsələ daxildir:

1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4. "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

7. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

9. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

10. "Kabel şəbəkəsi yayımı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

AzNews.az