Azərbaycanlı kikboksçu yaralandı – İdmançını güllələdilər

16 May 2017 11:12 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Eldar Əlizadə kikboksinq üzrə Avropa çempionudur. Məlumata görə, hadisə Türkiyənin Kastamonu şəhərində baş verib.

Silahlı şəxs bələdiyyə sədri Tahsin Babaşa hücum edib. Hücum zamanı 6 nəfərin yaralandığı qeyd olunur. Yaralıların arasında Eldar Əlizadə də var.

Qeyd edə ki, Eldar Əlizadə Türkiyədə yaşayır. O, ali təhsilini də orada alıb.

Bəxtiyar Abbasov

AzNews.az