Azərbaycan atıcısı bürünc qazandı

16 May 2017 12:28 (UTC+04:00)

Trend-in məlumatına görə, idmançımız Nigar Həsənova 211.5 xalla bürünc medala sahib olub.

İran atıcısı Qolnouş Sebhatullah birinci (239.3 xal), misirli Afaf Elhodhod ikinci olub.

Digər təmsilçimiz Zərifə Qasımova isə beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az