Tramp Rusiyaya niyə məlumat sızdırıb?- Açıqladı

16 May 2017 17:20 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp “twitter” səhifəsində qeyd edib ki, o, “terrorizm və hava nəqliyyatı təhlükəsizliyi” ilə əlaqədar Rusiyaya məlumat verib və Rusiyanın İŞİD-ə qarşı daha çox tədbirlər görməsini istəyib.

“Buraya humanitar səbəblər də daxildir. Bundan başqa, mən Rusiyanın İŞİD-ə və terrorizmə qarşı döyüşlərdə daha çox məsafə qət etməsini istəyirəm”

Tramp ötən həftə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul etmişdi.

Bəxtiyar Abbasov

AzNews.az