Azərbaycan atleti qızıl medal qazandı - İslamiada

16 May 2017 19:51 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Hanna Skidan qadınlar arasında çəkic atma yarışında bütün rəqiblərindən üstün olub.

Türkiyə atleti Kaya Kıvılcım Salman gümüş, mərakeşli Souakina Zakkour isə bürünc medala sahib olub.

Xatırladaq ki, bundan əvvəl para-atletika yarışlarında Samir Nəbiyev kürə itələmə yarışında çempion olmuşdu.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.