Dünyanın ən təhlükəli şəhəri: San-Pedro-Sula

8 Fevral 2013 09:56 (UTC+04:00)

Bu barədə Trend xarici mətbuata istinadən məlumat verib.

Reytinqə iki il ardıcıl olaraq Meksikanın San-Pedro-Sula şəhəri başçılıq edib. Burada hər il 100 min sakinə 169 qəsdən törədilən qətl düşür.

Ekspertlər siyahıda Meksikanın Akapulko kurortunu ikinci yerə çıxarıblar. Belə ki, bu şəhərdə il ərzində 100 min nəfərə 143 qətl hadisəsi düşür. Venesuelanın paytaxtı Karakas 119 ölüm hadisəsi ilə üçüncü yerdədir.

Qeyd edək ki, Hondurasın paytaxt dairəsi və Meksikanın Torreon şəhəri müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

AzNews.az