İslamiadada Azərbaycan 40-cı qızıl medal qazandı

16 May 2017 20:41 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, xalqımıza 40-cı qızıl medal sevincini paralimpiyaçımız Oloxan Musayev yaşadıb. O, kişilər arasında kürəitələmə yarışında (F56 kateqoriyası) birinci olub.

Gümüş və bürünc medalları isə İran təmsilçiləri Alireza Nasseri Qale və Əli Muhammedyarı əldə ediblər.