Ramil Quliyev Türkiyə yığmasına qızıl medal qazandı

16 May 2017 21:25 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edib.

Bruneyli Endryu Fişer 10,16 saniyə nəticə ilə gümüş, omanlı Bərəkət əl-Harti 10,35 saniyə göstərici ilə bürünc medal əldə edib.

Qeyd edək ki, Ramil Quliyev yarımfinalda 10,31 saniyə nəticə ilə birinci yerin sahibi kimi finala adlamışdı.